İdman

Ronaldu yeni klubu ilə 7 illik müqaviləyə imzalayacaq – İDDİA

Bu gün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə yollandığı bildirilən Kriştianu Ronaldunun paytaxtı təmsil edən “Əl-Nəsr”lə uzunmüddətli müqavilə imzalayacağı açıqlanıb.

Fanat.az xəbər verir ki, informasiyanı İspaniyanın “Marca” nəşri yayıb.

Xəbərə görə, Ronaldu sözügedən klubla müddəti 2030-cu ilə qədər nəzərdə tutulan saziş bağlamağı hədəfləyir. Mənbə 37 yaşlı portuqaliyalının sözləşmənin 2,5 ilini futbolçu kimi keçirərək 500 milyon avro alacağını, ardından oyunçu karyerasına son qoyaraq Yunanıstan və Misirlə birlikdə DÇ-2030-a ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının səfiri qismində fəaliyyətə başlayacağını vurğulayıb. Təcrübəli forvardın DÇ-2030-un səfiri kimi nə qədər qazanacağı barədə məlumat verilməyib.

Bənzər yazılar

Back to top button