Dünya

Rusiyanın ən varlı varislərinin adları: Birinci yerdə azərbaycanlıdır

“Forbes” Rusiyanın ən varlı varislərinin adlarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, rus milyarderlərinin ən varlı varisləri siyahısında ilk yeri Vahid Ələkbərovun tək oğlu Yusif Ələkbərov tutub. Onun mirası 18 milyard dollar dəyərində qiymətləndirilib.

İkinci yerdə hər biri 10,1 milyard dollara sahib olan Leonid Mixelsonun oğlu və qızı, üçüncü yerdə 9 milyard dollarla İskəndər Mahmudovun oğlu var.

Ümumilikdə 51 varis Rusiya iş adamlarının ən varlı övladları siyahısına daxil edilib. Bununla belə, reytinqdə Mixail Fridman və Vladimir Potaninin övladlarına böyük sərvət buraxmaq niyyətində olmadığı, qazandıqlarını xeyriyyəçiliyə yönəldəcəkləri bildirilib.

Bu il reytinqdə beş yeni iştirakçı meydana çıxıb – bunlar Dağıstandan olan senator Süleyman Kərimovun üç uşağı (hər biri 5,3 milyard dollar) və sahibkar Andrey Quryevin (2,25 milyard dollar) iki övladıdır.

Bənzər yazılar

Back to top button