İqtisadiyyatManşet

Vasif Talıbovun Bakıdakı 3 mülkü – İlginc məlumatlar

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra onun 27 illik hakimiyyəti dövründə ələ keçirdiyi əmlaklarının “milliləşdirilməsi” də əsas müzakirə mövzularındandır.

Bu günə qədər Naxçıvanda rüşvət və korrupsiyaya qarşı keçirilən əməliyyatlarda bir neçə vəzifəli şəxs həbs olunub, onların milyonlarla manat dövlət vəsaitini mənimsəməsi faktı üzrə istintaq prosesi başladılıb. Büdcədən talanan vəsaitlər 100 milyonlarla manatla ölçülür.

İstintaq prosesinin gedişatında Vasif Talıbovun əmlaklarının müsadirə olunacağı gözlənilir.

Bu xüsusda Musavat.com-a daxil olan məlumatlar var.

Məlumatlarda bildirilir ki, Vasif Talıbovun əlindən alınacaq çoxsaylı əmlaklar sırasında Bakının Xəzər və Sabunçu rayonlarının ən prestijli ərazilərindəki əmlaklar da var. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə bildirib ki, Vastif Talıbovun Mərdəkan qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsində 1 hektar ərazidə yerləşən imarəti mövcuddur. Təkcə bu varidatının qiyməti 12 milyon manat dəyərləndirilir.

Digər əmlak isə Bilgəh-Nardaran yolunun sağ tərəfində, dəniz sahilində, düz dənizin içinə qədər uzanan 3 hektarlıq ərazidə yerləşir. Həmin ərazidə 1 sot torpağın qiyməti 25 min manatdır. 3 hektarda 3 saray yerləşir. Onlardan biri Vasif Talıbovun, digər ikisi isə oğlanlarına məxsusdur. Hər bir sarayın ayrılıqda dəyərinin 18-20 milyon manat olduğu bildirilir.

Vasif Talıbovun Sabunçu rayonu ərazisində daha bir mülkü Bakıxanov qəsəbəsində yerləşir. 5 mərtəbəli mülk ASAN xidmətə icarəyə verilib. İcarə haqqının 50 min manatdan artıq olduğu deyilir.

Naxçıvanda rüşvət və korrupsiyaya qarşı keçirilən əməliyyatlarda milyonlarla manat dövlət vəsaitinin mənimsənildiyi üzə çıxıb. Məsələn, son həbs olunanlardan biri Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov rəsmi məlumata görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaiti mənimsəyib.

Bütün bunlarla yanaşı Vasif Talıbov və qohumları ilə bağlı da bir sıra ciddi iddialar səslənir. Xüsusilə də Vasif Talıbovun İranla dövlətdənkənar əməkdaşlığı, Naxçıvanın strateji əhəmiyyətli obyektlərinin İrana icarəyə verilməsi, İraqda neftayırma zavodu üçün 3 milyard vəsait xərclənməsi kimi iddialar ilk olaraq Azərbaycanın dövlət maraqlarına və təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Əgər bu iddialar sübuta yetirilərsə, bu, Vasif Talıbovun əmlaklarının da əlindən çıxacağını deməyə əsas verir.


Bənzər yazılar

Back to top button