İdman

Messi Səudiyyə Ərəbistanını tənqid edə bilməz

“İnter Mayami” ilə müqavilə imzalamağa hazırlaşan Lionel Messi Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edə bilməz.

Qol.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Daha əvvəl məlum olmuşdu ki, Səudiyyə Ərəbistanının Turizm Nazirliyi ilə argentinalı hücumçu arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, Lionel ailəsi ilə ölkədə istirahət edə biləcək və onun sosial şəbəkələrdə reklamı üçün 3 il ərzində 25 milyon dollara qədər pul alacaq .

Futbolçu ilə krallıq arasındakı müqavilədə Messiyə Səudiyyə Ərəbistanı liderlərinin reputasiyasına xələl gətirə biləcək hər hansı bir söz deməyi qadağan edən bənd var.

2021-ci ilin fevralında, müqavilənin imzalanmasından bir neçə həftə sonra Messi Səudiyyə Ərəbistanının turizm nazirinə məktub yazaraq planlaşdırılan səfərini edə bilmədiyi üçün üzr istəyib. Həmin məktubda argentinalı Əhməd Əl-Xatebə “Zati-aliləri” deyə müraciət edib və onun yoxluğuna görə “dərin təəssüf hissi”ni ifadə edib.

Xatırladaq ki, bu yay Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer oluna bilərdi, lakin o, sonda “İnter Mayami”ni seçdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button