Hadisə

Alimpaşa Məmmədovun məhkəməsi bu səbəbdən təxirə salındı

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulan Şəmkir rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə düşüb.

AzToday.az “Report”a istinadla xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi hakimlərin işlərinin çox olması səbəbindən təxirə salınıb.

Məhkəmənin növbəti iclasının dekabrın 29-da keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button