ManşetSiyasət

Lavrov və Bayramov Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə ediblər

Cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ətrafındakı vəziyyəti və filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılığını telefonla müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Laçın dəhlizinin bağlanması və regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılığı səbəbindən gərginləşən vəziyyət müzakirə edilib. Lavrov Dağlıq Qarabağ və Ermənistan arasında Laçın dəhlizilə maneəsiz əlaqənin təmin edilməsi barədə üçtərəfli razılaşmalara ciddi riayət edilməsinin vacibliyini vurğulayıb”, – Rusiya Xarici İşlər nazirliyinin məlumatında deyilir.

Bənzər yazılar

Back to top button