Siyasət

Ermənistan xarici işlər nazirlərinin Moskvada keçiriləcək üçtərəfli görüşündən imtina edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov Yerevanın Ermənistan və Azərbaycan arasında sülh ilə bağlı dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.

Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığının yekunlarına dair bəyanatında deyilir.

Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, habelə 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası üzrə ritmik işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, dekabrın 23-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyası xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyi anons edilib. Həmin gün Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Nikol Paşinyanın prezident İlham Əliyevlə görüşü gözlənilir.

Bənzər yazılar

Back to top button