Siyasət

Şeyx Paşazadə Papaya cavab verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Roma Papası Fransiskə Laçın-Xankəndi yolunda yaranmış vəziyyətlə bağlı Roma Papası Fransiskə məktub göndərib.

Paşazadə Cənubi Qafqazdakı vəziyyətlə bağlı Roma Papasının narahatlığını bölüşür, eləcə də regionda davamlı sülh və təhlükəsizliyin təminatına təhdidlərin qaldığını bildirir.

O, Laçın-Xankəndi yolunun bağlanması ilə bağlı erməni katolikos Qareginin fikirlərini dezinformasiya adlandırıb. Bu yol Qarabağ sakinləri üçün bağlı deyil, nəqliyyat vasitələrinin hərəkətinin təşkili isə Rusiya sülhməramlı qüvvələrinin səlahiyyətindədir.

Həqiqət budur ki, sülhməramlıların məsuliyyət daşıdığı Qarabağda qızıl və mis-molibden yataqlarında faydalı qazıntıların qanunsuz hasilatı aparılır.

Azərbaycanlı fəallar buna son qoyulmasını və mədənlərin monitorinqinə şərait yaradılmasını tələb edirlər ki, Rusiya sülhməramlıları buna razılıq vermir, məktubda qeyd olunur.

Xatırladaq ki, bu həftə Roma Papası Laçın dəhlizinin açılmasına çağırıb.(Turan)

Bənzər yazılar

Back to top button