Siyasət

Avropa Məhkəməsi Laçın yolunun “açılması” ilə bağlı Ermənistanın müraciətini təmin etməyib

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı müraciətilə əlaqədar qərarını açıqlayıb.

Strasburq məhkəməsinin qərarına əsasən, Azərbaycan ağır xəstələri və evsiz qalanları Laçın dəhlizilə Qarabağdan Ermənistana buraxmalıdır.

Ermənistan yolun açılmasını tələb edib, lakin Azərbaycan Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətində olduğunu bildirib.

“Məhkəmə, hazırda “Laçın dəhlizi”ndəki duruma Azərbaycan hökumətinin nə dərəcədə nəzarət etməsinin mübahisəli olmasına, durumun aydın olmamasına, əlavə olaraq, 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın 6-cı maddəsi üzrə Azərbaycanın üzərinə götürdüyü “Laçın dəhlizi” ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək” öhdəliyini qeyd edib. Konvensiyadan irəli gələn öhdəlikləri xatırladan məhkəmə, öz reqlamentinin 39-cu qaydasına əsasən, tərəflərin mənafeyi və qarşıdakı proseslərin uyğun şəkildə aparılması naminə, Ermənistanda müalicə almağa ehtiyacı olan ağır xəstələrə, sığınacağı və dolanışığı olmayıb yolda qalan digər şəxslərə “Laçın dəhlizi” vasitəsilə təhlükəsiz keçidi təmin etmək üçün Azərbaycan hökumətinə yurisdiksiyasına daxil olan bütün tədbirləri görməyi bildirmək qərarı verib”, – Avropa İnsan Hüquqları Məhkəməsinin məlumatında deyilir.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib ki, Avropa məhkəməsi dəhlizə Azərbaycanın nəzarət etməsinin mübahisəli olduğunu qeyd edib, dolayısı ilə nəzarəti Rusiya sülhməramlı qüvvələrinin həyata keçirdyini ifadə edib.

“Məhkəmə qərarını ona məlum olan halların işığında elan edir. Məhkəməyə təqdim edilən bilgilərdə ərizəçi tərəf, məhz Azərbaycanın dəhlizi 14 dekabr tarixdən blok etdiyini iddia etmişdi. Azərbaycan təkzib edib, dəhlizin Azərbaycanın yox, Rusiyanın nəzarətində olduğu ifadə edib. Bu bilgilərin fonunda məhkəmənin qərarının mənası budur ki, ehtiyacı olan qrupların dəhlizdən maneəsiz istifadəsinə yurisdiksiyanız, imkanlarınız daxilində imkan yaradın. Bu aspektdə Azərbaycan baxımından hər hansı problem görünmür”, – ekspert deyib.

“Dəhliz ətrafında aksiya keçirən ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələri onsuz da Dağlıq Qarabağdan Ermənsitana gedən təcili tibbi avtomobillərə, həmçinin humanitar yüklər aparan təchizat avtomobillərinin hərəkətinə hər hansı maneçilik törətməyib. Azərbaycan hökuməti də ərazidəki adamların humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bildirib”,- o deyib.

Bənzər yazılar

Back to top button