Hadisə

Dağ keçisi adı ilə satmaq üçün eşşək kəsən şəxs saxlanılıb

Sabirabad rayonunda 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.

Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.

Bənzər yazılar

Back to top button