ManşetSiyasət

Vaşinqton Bakını və Yerevanı gərginliyi azaltmağa çağırır

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan cümə axşamı Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ayrı-ayrılıqda söhbət edib. Bu barədə Ağ Evin bəyanatında deyilir.

“Söhbət zamanı tərəflər sentyabrın 27-də Vaşinqtonda keçirilən görüşlərindən sonra danışıqlarda Aİ və ABŞ-ın yardımı ilə əldə edilmiş irəliləyişi qiymətləndiriblər. Bütün tərəflər sülh sazişi bağlanması üzrə danışıqlara sadiq olduqlarını təsdiq ediblər”, deyə bəyanatda bildirilir.

Sallivan hər iki tərəfi gərginliyi azaldacaq və gələcəkdə yaxşı qonşuluq münasibətlərinin əsasını təşkil edəcək addımları nəzərdən keçirməyə çağırıb.

“Sallivan Laçın dəhlizinə çıxışın çətinləşməsindən və bu vəziyyətin artan humanitar nəticələrindən daimi naratlığımızı qeyd edib və dəhlizdə sərbəst hərəkəti tam bərpa etməyə çağırıb”, deyə Ağ Evin məlumatında bildirilir.

Sallivanın Bakıya və Yerevana zəngləri Bayden Administrasiyasının danışıqların sürətini saxlamaq üçün Azərbaycana və Ermənistana “təzyiq göstərməyə davam etməyi” vəd etməsindən sonra baş tutub.(Turan)

Bənzər yazılar

Back to top button