Hadisə

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevi həbsdə saxlayıb

Bakı Apellyasiya Məhkəməsi dekabrın 23-də Bəxtiyar Hacıyevin ev dustaqlığına köçürülməsindən imtina edilməsi ilə bağlı verilən şikayəti təmin etməyib. Bu barədə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, Hacıyev aclığı davam etdirdiyini bildirib. Aclıq 9 gündür davam edir və kritik mərhələyə keçir.

Hazırda Hacıyevin saxlanma şəraiti ilə bağlı problem olmasa da, vəkillər fəalın DTX-nin hospitalına köçürülməsi haqqında müraciətlərinə müsbət cavab gözləyirlər.

Bənzər yazılar

Back to top button