Siyasət

Vladimir Putin İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərib.

“Dövlətlərimiz arasında müttəfiqlik əlaqələri qurulmasına və möhkəmlənməsinə şəxsi töhfənizə qiymət vermək çətindir. Etimada və yoldaşlığa əsaslanan münasibətlərimizə səmimi qiymət verirəm. Əminəm ki, ikitərəfli və regional gündəliyin aktual məsələləri üzrə sıx birgə işimizi davam etdirəcəyik”, deyə məktubda qeyd edilir.

* Dekabrın 24-də İlham Əliyevin 61 yaşı tamam olur. O, 2003-cü ildən Azərbaycan prezidentidir.(Turan)

Bənzər yazılar

Back to top button