İdman

Mbappe üçün “bir dəqiqəlik sükut” elan etdi – Haqqında şikayət olundu

Fransa Futbol Federasiyası Argentina millisinin qapıçısı Emiliano Martinesdən şikayət edib.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna Argentinanın DÇ-2022 finalında Fransa üzərində qələbəsindən (3:3, penaltilər seriyasında 4:2) sonra Martinesin qapıçısı Kilian Mbappeni ələ salması səbəb olub. O, Argentina millisinin soyunub-geyinmə otağında “vəfat edən Mbappe üçün” “bir dəqiqəlik sükut” elan edib. Bundan başqa, Emiliano Argentinada keçirilən çempionluq paradına finalda het-trik edən Mbappenin üzünün əks olunduğu kukla ilə gəlib.

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret bu hadisələrlə bağlı Argentina Futbol Federasiyasının prezidentinə müraciət etdiyini bildirib.

“Argentina Futbol Federasiyasındakı həmkarıma yazmışam. Mən bu halları anormal hesab edirəm. İdman yarışı kontekstində bunu başa düşmək çətindir. Bu hadisə çox uzağa gedib. Mbappenin davranışı isə nümunəvi idi”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button