GündəmHadisə

Polisin etiraz aksiyasına yol verməmək cəhdlərinə baxmayaraq, aksiya baş tutdu

Saat 15:00-da Bakının mərkəzində fəal Bəxtiyar Hacızadənin həbsinə etiraz aksiyasının onlarla iştirakçısı hakimiyyətin icazə vermədiyi mitinqə başlayıb. Onlar Bəxtiyar Hacıyevin azad edilməsini tələb edir və “Bəxtiyar Hacıyevə azadlıq!”, “Öldürmə, azad et!”, “Siyasi məhbuslara azadlıq!”, “Azadlıq, ədalət, milli hökumət!” şüarları səsləndirir.

Aksiya iştirakçıları müxtəlif tərəflərdən bir neçə nəfərlik qruplar şəklində Fəvvarələr Meydanına çıxırlar və polis onları saxlamağa çatdırmır. Bir qrup saxlanılana qədər digər qrup aksiyaya başlayır. Bu taktika aksiyanı fasiləsiz keçirməyə imkan verir. Saat 15:30-a olan məlumata görə, 30-dan çox iştirakçı saxlanılıb.

Bəzi internet resursları aksiyanı canlı yayımlayır. Polis “Amerikanın Səsi” radiosunun Azərbaycan xidmətinin reportyoru Türkan Bəşiri də saxlayıb. Jurnalist həmkarlarının onu buraxdırmaq cəhdləri nəticə verməyib. Polis Türkanın jurnalist vəsiqəsinə də məhəl qoymayıb.(Turan)

Bənzər yazılar

Back to top button