İdman

“Barselona” prezidenti Messi barədə xəbərlərə aydınlıq gətirdi

“Barselona” prezidenti Xosep Mariya Bartomeu klubun argentinalı hücumçusu Lionel Messinin komandadan mümkün gedişi barədə şayiələri şərh edib.

Bu barədə “Report” “Goal”a istinadən xəbər verir.

“Mən təfsilata varmayacam, amma Lionel dəfələrlə deyib ki, o, özünün futbol karyerasını “Barselona”da bitirəcək. Biz klubun inkişafına köklənmişik, çox oyunçularla danışıqlar aparılır.

Messi karyerasını burada davam etdirmək istəyir və başa çatdırmağı planlaşdırır. Qarşıda onun hələ çox illəri var və biz Messinin oyunundan başqalarının güman etdiyindən daha çox zövq alacağıq”, – Bartomeu deyib.

33 yaşlı Messi “Barselona”nın yetirməsidir. Cari mövsümdə argentinalı hücumçu İspaniya çempionatının 29 matçında (27 matçda əsas heyətdə) çıxış edib. O, bu qarşılaşmalarda 22 qol vurub, (beş qol penaltidən) və 20 məhsuldar ötürmə edib.

Messinin klubla müqaviləsi 2021-ci il ilə qədər qüvvədədir. Qeyd edək ki, futbolçunun klubu tərk edəcəyi barədə məlumatlar yayılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button