Hadisə
Kəlbəcərdə yük avtomobilləri toqquşdu, xəsarət alan var – Foto

Dekabr ayının 23-də Kəlbəcər rayon Almalıq kəndi ərazisində 2 yük avtomobili toqquşma nəticədə sürücülərdən 1-i Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.