Siyasət

Lavrov Laçın dəhlizindəki vəziyyətdən danışdı

“Rusiya sülhməramlıları Laçın dəhlizində vəziyyətin nizamlanması üçün hər saat işləyir və tərəflərlə əlaqə saxlayır. Rusiya heç kimdə olmadığı qədər Ermənistanla Azərbaycan arasında davamlı, ədalətli sülhün əldə olunmasında və residivlərin qarşısının alınmasında maraqlıdır”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdikləri mətbuat konfransında deyib.

“Tərəflər Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlər səviyyəsində yeni təmasları əlaqələndirirlər. Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü gündəmdən çıxarılmayıb, Rusiya bunu qəbul etməyə hazırdır”, – o bildirib.

Bənzər yazılar

Back to top button