Cəmiyyət

Məşğulluq Agentliyi: “İşimizi yaşadığımız yerə yox, yaşadığımız yeri işə uyğunlaşdırmalıyıq”

Bu gün universitetlər tərəfindən tədris olunan bəzi peşələr öz aktuallığını itirir.

APA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, növbəti dövrdə onların əmək bazarından çıxarılması labüddür:

“Amma yeni daxil olan peşələr də var. Bunlar əsasən texnologiya, İT sahəsi ilə bağlı olanlardır. Ümumiyyətlə 175 aktual peşə içərisində ən perspektivli peşələri İT, turizm və kənd təsərrüfatı sahəsinə aid peşələr təşkil edir”.

M.Abbasbəyli qeyd edib ki, bu gün işimizi yaşadığımız yerə yox, yaşadığımız yeri işə uyğunlaşdırmalıyıq:

“Əgər hardasa iş varsa, işaxtaran ona uyğun yaşayış yeri tapmalıdır. Bundan əlavə, iş bizim peşə və kvalifikasiyamıza uyğun olmalıdır. Əgər peşə və kvalifikasiyamız yüksəkdirsə, bizə təklif olunan əməkhaqqı da yüksək olacaq. Bu gün işsizlərin böyük bir hissəsinin hər hansısa bir peşə və kvalifikasiyası yoxdur. Bu səbəbdən də həmin işlər üçün təklif olunan əməkhaqqı da yüksək deyil. Bunu tənzimləyən əmək bazarıdır. Burada dövlətin rolu ən yaxşı halda vasitəçi olmaqdır”.

Bənzər yazılar

Back to top button