Cəmiyyət

Metronun “Xocasən” stansiyası açılıb

Cümə günü dövlət başçısının iştirakı ilə metronun “Xocasən” stansiyasının və elektrik deposunun açılışı olub.

Yeni stansiya bənövşəyi “Avtovağzal”-“Memar Əcəmi-2” xəttinin dördüncü stansiyası oldu. 2021-ci ildə bu xətdə üçüncü stansiya – “8 Noyabr” stansiyası istismara verilmişdi.

“Xocasən Bakı metrosunun ikinci açıq stansiyası oldu.

Metro stansiyalarının ümumi sayı isə 27-yə çatıb. Bakı metrosunun ümumi uzunluğu 40,7 km təşkil edib.

“Xocasən” stansiyasının açılması Lökbatan qəsəbəsi və “Sədərək” ticarət mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin həllinə kömək edə bilər.

Metronun inkişafı proqramına əsasən, 2030-cu ilə qədər paytaxtdakı yeraltı yolların uzunluğu 119.1 kilometrə, stansiyaların sayı isə 76-ya çatacaq.

Bənzər yazılar

Back to top button