GündəmManşetSiyasət

Ankara və İrəvan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin edir

Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin etmək barədə razılığa gəliblər. “Haber-Türk” xəbər verir ki, bunu bazar ertəsi Türkiyə parlamentində çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində nümayəndələr təyin edəcəyik. Eyni zamanda İstanbul və İrəvan arasında çarter reysləri başlayacaq”, – nazir bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan KİV-i uçuşların oliqarx, deputat Xaçatur Sukiasyana məxsus “Flyone Armenia” şirkətinin həyata keçirəcəyini bildirmişdi.

Bənzər yazılar

Back to top button