GündəmHadisə

SOS: Kür Xəzərə yox, Xəzər Kürə axır – Neftçalada ekoloji fəlakət (VİDEO)

“Son günlər Kür Xəzərə yox, Xəzər Kürə axır – artıq dəniz suyu 40 km Kür çayında irəliləyib, su soranlaşıb. Nəticədə Neftçalada ekoloji fəlakət təhlükəsi var – rayonun Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə 15 yaşayış məntəqəsində su problemi var”.

AzToday.az xəbər verir ki, bu sözləri İqtisadçı ekspert Natiq Cəfərli Kür çayında yaşanan ekoloji fəlakətə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əhali istifadə etməyə su tapmır, çox ciddi içməli su qıtlığı yaranıb:

“Aqrar sektorda suvarma problemi var, bəzi fermerlər əkin sahələrini suvarmaq üçün şor sudan istifadə etmək məcburiyyətində qalıb ki, bu da səhv qərardır.

Kürün deltasında yaranan problemləri həll etmək üçün son illər büdcədən on milyonlarla pul ayrıldı, basıb yedilər. Kürün su resursların vəhşicəsinə istismar edilməsi, hökumətin bacaraqsızlığı, korrupsiya Kür deltası problemini 25 ildir həll etməyə mane olur.

Kəndləri subasmadan qorumaq üçün deltanı təmizləyərkən elmi yanaşma olmadı, hesablamalar səhv aparıldı, indi həm də buna görə Xəzərin suyu Kürə qarışır, unikal ekosistem məhv olmaq təhlükəsi ilə üzləşir.

Bu çox ciddi problemdi, ağılla, elmi yanaşma ilə təcili həll edilməlidir!”

Bənzər yazılar

Back to top button