GündəmSiyasət

Laçın yolundakı etiraz aksiyası on üç gündür davam edir – Video

Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində təşkil olunan aksiya sivil qaydalar çərçivəsində davam edir.

Bu dəqiqələrdə aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər.
Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.

İctimai TV-nin hadisə yerindən canlı yayımını təqdim edirik:

Bənzər yazılar

Back to top button