Siyasət

Vardanyan etiraz edir

Özünü “Qarabağın dövlət naziri” adlandıran Ruben Vardanyan işarə edib ki. Qarabağı tərk etmək fikrində deyil. O, bu barədə RBK-ya Azərbaycan xarici işlər nazirinin “Vardanyan regionu tərk etməlidir, çünki onun fəaliyyəti “cinayətkar- avantürist xarakter daşıyır” fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, 20 ildir Qarabağa gedir və onun nənəsi əslən Hadrutdandır. Vardanyan hətta Şuşadakı məscidin bərpasını təşkil etdiyini də qeyd edib. “Burada evim var və başa düşmürəm niyə buradan getməliyəm. Həmişə hər şeyi etmişəm ki, Arsax və Azərbaycan Respublikası xalqları yanaşı yaşaya bilsinlər, amma birlikdə yox. Bu, münaqişədən qaçmaq üçün bütün tərəflər üçün yeganə fürsətdir”, – Vardanyan bildirib.

Eyni zamanda, o, Qarabağ ermənilərinin Rusiya sülhməramlıları ilə razılaşdırıldığı kimi azərbaycanlı mütəxəssislərin Qarabağda qızıl mədəninə səfərini pozması ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə münasibət bildirməyib.

Vardanyan həmçinin işarə edib ki, Laçın yolu ilə keçidin Azərbaycan tərəfinin nəzarətində olacağı ilə razı deyil.(Turan)

Bənzər yazılar

Back to top button