Gündəm

Sülhməramlıların kolonu və xəstə uşağı aparan təcili yardım maşını Laçın yolundan keçib

Dekabrın 24-də Rusiya sülhməramlılarının səkkiz yük maşınından ibarət kolonu Laçın yolu ilə Şuşa şəhəri yaxınlığındakı postdan keçib. Bir gün öncə həmin marşrutla sülhməramlıların 20 təchizat avtovobili keçib.

Həmçinin Qırmızı Xaç nümayəndələrinin müşayiətilə xəstə uşağın olduğu təcili yardım maşını Qarabağdan Ermənistana doğru hərəkət edib. Erməni tərəfinin məlumatına görə, bu, təcili əməliyyata ehtiyacı olan 4 aylıq oğlan uşağıdır.

Xatırladaq ki, Azərbaycan vətəndaş cəmiyyəti fəallarının bu postda aksiyası 13-cü gündür ki, davam edir. İştirakçılar ekoloji ekspertiza məqsədilə Bakı nümayəndələrinin keçmiş Mardakert rayonundakı iki mədənə buraxılması tələbilə hərəkətin qarşısını alırlar.

Rəsmi Bakı aksiya iştirakçılarını dəstəkləyir və Qarabağ separatçılarının liderlərindən Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını tələb edir. (Turan)

Bənzər yazılar

Back to top button