Dünya

ABŞ Ukraynaya 45 milyard dollarlıq yardımı təqdir edib və Putini reallığı “etiraf etməyə” çağırıb

Cümə günü amerikalı qanunvericilər Ukraynaya 45 milyard dollarlıq yardım paketini təqdir ediblər, Turan-ın Vaşinqton müxbiri bildirib.

Ötən il Amerika Ukraynaya 50 milyard dollarlıq yardım edib. Ağ Ev bu qanun layihəsini “Ukraynaya ikipartiyalı dəstəyin növbəti nümayişi” adlandırıb.

Cümə günü Bayden başqa bir qanun layihəsini, müdafiəyə illik 858 milyard dollar ayrılmasını təsdiqləyib. Qanun 2023-cü maliyyə ilində Avropanın təşəbbüsünün dəstəklənməsi vəsaitin ayrılmasına sanksiya verir, həmçinin Ukraynaya təhlükəsizlik yardımının əhatə dairəsini genişləndirir.

Cümə günü Vaşinqton Vladimir Putini reallığı etiraf etməyə, nəhayət, münaqişəni “müharibə” adlandırdıqdan sonra qoşunları Ukraynadan çıxarmağa çağırıb. Fevral ayından Kreml rəsmi olaraq “xüsusi hərbi əməliyyat” elan edib və Ukraynada hərbi əməliyyatlarla bağlı yanlış terminologiyaya görə cinayət məsuliyyətini nəzərdə tutan qanun tətbiq edib. Lakin bu həftə mətbuat konfransında Putin özü “müharibə” sözünü işlədib və deyib ki, bunu mümkün qədər tez bitirəcəyinə ümid edir. tdiyini bildirib.

“Reallığın tanınması istiqamətində növbəti addım olaraq, biz onu qoşunlarını Ukraynadan çıxararaq bu müharibəyə son qoymağa çağırırıq”, – ABŞ administrasiyasının nümayəndəsi deyib.

Bənzər yazılar

Back to top button