İdman

Messi PSJ-də qalacaq? – Açıqlama

Argentina millisinin və PSJ-nin ulduz futbolçusu Lionel Messi mətbuata açıqlama verib.

Fanat.az-ın məlumatına görə, o, Fransada xoşbəxt olduğunu bildirib:

“PSJ-də özümü çox yaxşı hiss edirəm. İlk il Parisə adaptasiya olmaq baxımından çətin keçdi, amma indi özümü çox yaxşı hiss edirəm. Bu klubda və bu şəhərədə mənə rahatdır yaşamaq. Hər şey mənim xoşuma gəlir”.

Messinin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və hələ də yeni sözləşmə təklifinə cavab verməyib. Lakin ulduz hücumçunun bu açıqlaması onun PSJ-də qalacağı anlamına gəlib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ildən PSJ-də çıxış edir.

Bənzər yazılar

Back to top button