ManşetSiyasət

İranın Bakıdakı səfiri Azərbaycanın adından İsraili təhdid etmək qərarına gəlib

Görünür, rəsmi Tehranın çılğın siyasəti İran məmurlarının beynini o qədər dumana bürüyüb ki, onlar nəinki reallıq hissini, həm də məsuliyyət hissini itirir.

Noyabrın 4-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Tvitterdəki hesabında İsrailin ünvanına təhdidlər yağdırıb, İsraili Aralıq Dənizində dəfn etməyi vəd edib.

İran məmurlarının bu cür ifadələri yeni olmasa da, bu halda İran səfiri, deyəsən, ağlını tamamilə itirib və Azərbaycanın adından danışmaq qərarına gəlib.

O, çox pis ingilis dilində belə yazıb: “Hazırkı mərhələdə sizə təkcə Həmasın cəsur döyüşçüləri kifayətdir. Siz hörümçək torundan daha zəifsiniz. Unutmayın, bir dəfə İran müdaxilə etsə, sizi Nildə yox, Aralıq Dənizində dəfn edər. Çıxış yolunuz yoxdur! İndi bütün dünya sizə qarşıdır! Bütün dünya kimi, müsəlman, cəsur və qeyrətli Azərbaycan xalqı da sizə, irqçi işğalçılara nifrət edir”.

Səfir öz postuna İran, Fələstin və Azərbaycan bayraqlarını əlavə edib.

İki gün keçməsinə baxmayaraq, Azərbaycan XİN və rəsmi şəxslərdən heç kim səfirə irad tutmayıb və izahat tələb etməyib. Bu arada, Azərbaycan XİN okeanın o biri tərəfindən və ya Avropadan səslənən tənqidi iradlara yarım saat sonra reaksiya verməyə hazırdır.

Bu, Bakının Qəzzə bölgəsindəki vəziyyətlə bağlı mövqeyinin dəyişdiyini göstərir, ya Bakı Tehrana Azərbaycanın adından danışmaq hüququ vermək qərarına gəlib? (Turan)

Bənzər yazılar

Back to top button