İdman

Ronaldo Braziliyanın DÇ-2022-dəki çıxışı haqda

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo milli komandanın DÇ-2022-dəki çıxışını yüksək qiymətləndirib.

Qol.az xəbər verir ki, keçmiş hücumçu “Apostagolos”a açıqlamasında bu barədə deyib:

“1/4 finalda məğlub olmasına baxmayaraq, Braziliya möhtəşəm oyunlar göstərdi. Çatışmayan yeganə şey Xorvatiyaya qol vurduqdan sonra taktiki yanaşma idi. Komanda üstünlüyü daha yaxşı idarə etməyi öyrənməlidir. Məqsədə çatmaq naminə bütün gücünüzü mütləq verməməlisiniz.

Vaxtdan istifadə etmək, topu saxlamaq, ona nəzarət etmək lazımdır ki, rəqib onun arxasınca qaçsın və nəyisə dəyişməyə qadir olduğuna inamını itirsin. Yalnız bu kifayət etmədi”.

Xatırladaq ki, Braziliya millisi dünya çempionatının 1/4 finalında Xorvatiya yığmasına uduzaraq mübarizəni dayandırıb..

Bənzər yazılar

Back to top button