İqtisadiyyat

Azərbaycanda ilk pullu yol açılışa hazırlanır – Video

Gələn ilin may ayına kimi Azərbaycanda ilk dəfə istifadəyə veriləcək pullu yolun açılışı olacaq.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib.

Agentlik sədri bildirib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq.

Qeyd edək ki, pullu yola Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən etibarən (Zeynalabdin Tağıyev qəsəbəsi) bu yola paralel salınan 100 kilometrlik hissə daxildir.

Bənzər yazılar

Back to top button