GündəmManşetSiyasət

Dekabrın 26-da Laçında nə olacaq? – Ermənilər sabah yolun açılacağını bildirir…

Rusiya sülhməramlıları şənbə günündən başlayaraq Şuşanın girişindəki nəzarət-buraxılış məntəqəsini bağlamağa başlayıblar (hazırda fəalların aksiyası keçirilən yerlə üzbəüz).

Əvvəlcə iki böyük çadır, bazar günü səhər isə iki metal konteyneri söküldü. Beləliklə, sülhməramlılar keçid məntəqəsinin onlara aid hissəsi ləğv etdilər və orda yolun özündə yalnız bir neçə beton plitə qaldı.

Eyni zamanda, Azərbaycan tərəfindəki keçid məntəqəsi böyüyüb və təkcə 14-cü gündür yolda dayanan eko-aktivlərin çadırları hesabına yox.

Bir gün əvvəl isə 200-ə qədər erməni Xankəndıdən sülhməramlıların aşağı keçid məntəqəsinə yürüş edərək onlara azərbaycanlıların yoldan çıxarılması tələbi ilə bəyanat veriblər.

Erməni mətbuatının məlumatına görə, şənbə günü sülhməramlıların komandanlığı separatçı liderlərə dekabrın 26-da Laçın yolunun açılacağını bildirib.

Həmin gün Vladimir Putin İlham Əliyevlə zəng edib və rəsmi məlumata görə, onlar sərhəddə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bütün bu hadisələri müqayisə etsək, güman etmək olar ki, sülhməramlıların nəzarət-buraxılış məntəqəsi (Şuşaya Laçın tərəfdən gələn yolda – yuxarı giriş) ləğv olunur, Azərbaycan keçid məntəqəsi isə yerində qalır.

Şuşanın aşağı hissəsindəki keçid məntəqəsinə gəlincə (Xankəndi tərəfdən), görünür, sülhməramlılar hələlik orada qalırlar.

Putinlə Əliyev arasında sərhəddə təhlükəsizliyin müzakirəsi o demək ola bilər ki, sülhməramlıların komandiri general Volkov iki həftə əvvəl dediyi “mini-gömrük” ayın 26-da işə başlayacaq.

Əgər yuxarıda sadalananların hamısı baş verərsə, bu o deməkdir ki, Qarabağa giriş-çıxış rejimi Rusiya tərəfi ilə razılaşdırılaraq Azərbaycanın nəzarətinə keçir. (Turan)

Bənzər yazılar

Back to top button