GündəmManşetSiyasət

Xankəndidə mitinq, separatçılar arasında fikir ayrılığı və Ermənistandan 10 ton yardım

Bazar günü Qızıl Xaç Cəmiyyətinin yardımı ilə Laçın dəhlizi ilə Ermənistandan Qarabağa 10 ton humanitar yük gəlib. Yüklərə dərmanlar, uşaq qidaları və tibb müəssisələri üçün digər ərzaqlar olub. Bu barədə dekabrın 25-də günorta Ermənistan KİV-i məlumat yayıb.

BQXK-nın İrəvan ofisindən verilən məlumata görə, həmin gün Qırmızı Xaç 4 əcnəbi vətəndaşı Qarabağdan çıxarıb, onların hansı ölkədən olduqları göstərilməyib.

Bu faktlar Xankəndindəki bugünkü mitinqin təşkilatçılarına 120 min erməninin dünya ilə əlaqəsinin kəsildiyini və onların aclıqdan ölmək ərəfəsində olduğunu deməyə mane olmadı.

Mitinqi “dövlət naziri” Ruben Vardanyan təşkil edib və o, səhər saatlarında Qarabağ sakinlərinə müraciət edərək onları şəhərin mərkəzi meydanına gəlməyə çağırıb. O qeyd edib ki, heç də bütün həmkarları mitinqin keçirilməsi ilə razı deyil. O, ad çəkməsə də, “Təhlükəsizlik Şurasının” rəhbəri Vitali Balasanyandan başqa separatçıların bütün liderləri aksiyada iştirak ediblər.

Aksiyada bir neçə min adam gətirərək iştirak edib. Onlar erməni, fransız, ingilis, rus və fars dillərində şüarlar qaldırıb.

Natiqlər dünya ictimaiyyətini Bakıya təzyiq göstərməyə, Qarabağ ermənilərinin ölməsinə imkan verməməyə çağırıblar. Çıxış edənlər müstəqillikdən əl çəkməyəcəklərini və Azərbaycanın hakimiyətini tanımayacaqlarını bəyan ediblər.

Ruben Vardanyan özü də üzərinə götürdüyü məsuliyyətin fərqində olduğunu və sona qədər getməyə hazır olduğunu bildirib. O, Bakının Qarabağı tərk etmək tələbini rədd edib və qeyd edib ki, Qarabağ erməniləri müstəqillik uğrunda mübarizəyə hazırdır və beynəlxalq ictimaiyyət bunu dəstəkləyir. O vurğulayıb ki, ermənilər və azərbaycanlılar bir yerdə yaşaya bilməzlər, çünki onların mədəniyyəti və mentaliteti uyğun deyil və Bakı bununla razılaşmalıdır.(Turan)

Bənzər yazılar

Back to top button