İdman

Mourinyo Portuqaliya millisindən gələn təklifi cavablandırdı

“Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifinə cavab verib.

Yeniavaz.com xəbər verir ki, “Jornal de Notícias” nəşrinin yaydığı məlumata görə, o, bu təklifi geri çevirib.
Bildirilib ki, milli federasiyanın təklifi Mourinyonu maraqlandırmayıb.

Baş məşqçi “Roma” klubu ilə 2024-cü ilədək bağlanan müqaviləsinin sonunadək çalışmaq istədiyini deyib və burada fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.

Bənzər yazılar

Back to top button