Bizim seçimİqtisadiyyat

Deputatın dəbdəbəli restoranında vergi yoxlamalarına başlanıldı (FOTO)

Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yanında yerləşən “Atlantis” şadlıq sarayında vergi yoxlaması aparılıb.

AzToday.az “AzEuroNews.com” saytına istinadla xəbər verir ki, restorana gələn vergi müfəttişləri restoranda yoxlama aparan zaman obyektin sahibi, Salyanın deputatı Əliağa Hüseynov da məkana gəlib.

Deputat və şəriki vergi müfəttişləri ilə təxminən iki saat söhbət etdikdən sonra birgə nahar ediblər.

Saytın əldə etdiyi məlumatda deyilir ki, iddialara görə, “Atlantis” şadlıq sarayının külli miqdarda vergidən yayınması ilə bağlı iddiaları var. Vergi müfəttişlərinin yoxlama üçün restorana gəlməsi, bundan xəbər tutan deputat və şərikinin onlarla iki saata yaxın söhbət etməsi əslində bu iddiaların doğru olduğuna aid şübəhləri bir qədər də artırır.

Məlumat üçün qeyd edək ki, Əliağa Hüseynov “Atlantis” şadlıq sarayının açlışını 2013-cü ildə edib. Açılışdan bir neçə gün əvvəl 80-ə yaxın şəxsə Milli Məclisin xüsusi zərflərində dəvətnamə göndərilib. Açılış mərasiminə dəvət olunanlar arasında Milli Məclisin rəhbərliyi, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurları, deputatlar və iş adamları olub. Dəvətlilərin əksəriyyəti açılışa qatılıb.

2014-cü ildə deputat öz restoranında İzzət adlı oğluna təmtəraqlı toy edib.

Bənzər yazılar

Back to top button