GündəmSiyasət

Sankt-Peterburqda Əliyev-Putin-Paşinyan görüşü olacaq? (AÇIQLAMA)

MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılmayıb.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmayıb.

Qeyd edək ki, dekabrın 26-27-də Peterburqda MDB liderlərinin qeyri-formal sammiti keçiriləcək.//APA

Bənzər yazılar

Back to top button