Hadisə

Azərbaycanlı tələbə Türkiyədə koronavirusa yoluxdu

Türkiyənin Karabürk şəhərində yaşayan azərbaycanlı tələbə, həvəskar futbol hakimi İsa Məmmədov koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, səhhətində yaranan problemlərlə əlaqədar Karabürk Elm və Araşdırma İnstitutuna müraciət edən Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçilər Dərnəyinin Karabük Şöbəsinin başqanı Taner Tuncer xəstənin həkim nəzarəti altında olduğunu bildirib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinə bağlı Bədən Tərbiyəsi və İdman Kolecinin 3-cü kurs tələbəsidir.

Bənzər yazılar

Back to top button