İdman

“Gördüyüm ən böyük futbolçu Messidir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Argentina millisinin DÇ-2022-nin qalibi olması haqda danışıb.

Qol.az xəbər verir ki, alman müxətəssis İngiltərə mətbuatına açıqlamasında deyib:

“Bu, həqiqətən də layiqli qələbə, çətin oyun idi. Həyatımda gördüyüm ən yaxşı final idi. Argentina qələbəyə layiq idi. Mən onlar üçün çox şadam. Bunu çoxdan gözləyirdilər”.

Klopp turnirin ən yaxşı oyunçusu seçilən Argentina millisinin kapitanı Lionel Messi haqda da xoş sözlər söylətib: “Gördüyüm ən böyük futbolçu Lionel Messidir. Onun bu yaşda futbol oynaması hamımızda futbolçuların nə qədər yüksək səviyyədə oynaya biləcəyi barədə fikir formalaşdırır. Kitabları tez bağlamamalıyıq. Onu izləmək çox xoş idi”.

Qeyd edək ki, 35 yaşlı Messi DÇ-2022-də 7 oyuna 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentina mundialın finalında Fransaya penaltilərlə qalib gəlib.

Bənzər yazılar

Back to top button