Digər

Ermənistanın xeyrinə casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

Dekabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan vətəndaşı, Ermənistanın xeyrinə casusluqda ittiham olunan Aydın Zəkiyevin (1970-ci ildə anadan olub) işi üzrə hazırlıq iclası keçirilib.

Prosedur məsələlərindən sonra mahiyyəti üzrə prosesin başlanması 2023-cü il yanvarın 9-na təyin edilib.

İstintaq materiallarına görə, Zəkiyev erməni kəşfiyyatı tərəfindən cəlb edilib və ona digər şəxsləri də erməni kəşfiyyatı ilə əməkdaşlığa cəlb etmək tapşırığı verilib, bundan sonra o saxlanılıb.

Bundan öncə Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirərək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti haqqında məlumatı vasitəçilərin əliylə üçüncü ölkəyə ötürüb. O, reallığı əks etdirməyən və Azərbaycanda etnik zəmində münaqişənin qızışdırılmasına hesablanmış məlumatların yayılmasında Ermənistan xüsusi xidmət orqanlarına yardım edib.

Zəkiyev Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn fəaliyyətə açıq çağırışlar) və bir sıra digər maddələrlə ittiham olunur.

Daha əvvəl dərc olunmuş məlumatlara görə, Zəkiyev 2021-ci ilin oktyabrında həbs edilib. O, “Odnoklassniki” şəbəkəsi vasitəsilə Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələrilə tanış olub. O, öz şərhlərilə diqqət çəkib və üçüncü ölkəyə dəvət olunub. Ona tapşırılan işlərdən biri Azərbaycanda milli azlıqlar arasında münasibətlərin gərginləşməsi məqsədilə Azərbaycanda yalan məlumatlar yaymaq olub.(Turan)

Bənzər yazılar

Back to top button