İqtisadiyyat

İctimai Şuranın sədri ticarət obyekti tikdirir – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın sədri Nazim Səfərov ticarət obyekti inşa etdirir.

AzFakt.com xəbər verir ki, bu barədə Dövlət şəhərsalma və Arxitektura Komitəsinin saytında məlumat yerləşdirilib.

İctimai şura sədrinin inşa etdirdiyi ticarət mərkəzi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşir.

İki mərtəbə olacaq obyektin ümumi sahəsi 286 kv metrdir.

Qeyd edək ki, Nazim Səfərov AQTA-nın İctimai Şurasının sədri olmaqla yanaşı, həm də “Azərbaycan Heyvandarlıq Assosiasiyası” (AHA) İctimai Birliyinin İdarə Heyətinin sədridir.
İctimai Şuranın sədri ticarət obyekti tikdirir – FOTO

Bənzər yazılar

Back to top button