İdman

Qurban Qurbanovdan qış transferləri ilə bağlı açıqlama

“Hazırda “Qarabağ”ın danışıqlar apardığı futbolçular var. Deyə bilərəm ki, danışıqlar gərgin gedir”.

Bu sözləri Qol.az saytına müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, qış transfer pəncərəsi zamanı oyunçu almaq istədiklərini və bu istiqamətdə səylə çalışdıqlarını deyib:

“İstəyirik ki, oyunçular alaq. Daha çox orta xətt və hücuma futbolçu axtarırıq. Müdafiə xətti üçün də axtarışdayıq. Ümumiyyətlə, hər mövqelər diqqətimizdədir. Bəzən bizim bir mövqedə üç oyunçumuz olsa da, orada istəyimiz dördüncü futbolçu olanda da onunla maraqlanırıq. Yəni komanda istirahətə getsə də, biz fəaliyyətdəyik və iş dayanmır. Gedənlərin qarşısını almağa, gətirmək istədiklərimizi isə transfer etməyə çalışırıq”.

Bənzər yazılar

Back to top button