Cəmiyyət

Azərbaycandan İrana gedənlərin sayı azalıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 184 ölkəsindən 1535,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin sırasında ilk 5 yeri 31,0 faiz olmaqla Rusiya, 17,8 faiz olmaqla Türkiyə, 7,5 faiz olmaqla İran, 05,0 olmaqla Hindistan, 4,8 faiz olmaqla Gürcüstan tutur.

Gələnlərin 69,7 faizini kişilər, 30,3 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Cənubi Koreyadan – 3,4 dəfə, Türkmənistandan – 2,9 dəfə, Hindistandan – 2,1 dəfə, Polşadan – 2,0 dəfə, Qazaxıstandan – 1,9 dəfə, Tacikistandan – 1,9 dəfə, Misirdən – 1,8 dəfə, Filippindən – 1,8 dəfə, Qırğızıstandan – 1,8 dəfə, Bəhreyndən – 1,6 dəfə, Belarusdan – 1,6 dəfə, Moldovadan – 1,6 dəfə, Özbəkistandan – 1,6 dəfə, İspaniyadan – 1,6 dəfə, İtaliyadan – 1,6 dəfə, Rusiya Federasiyasından – 1,5 dəfə, ABŞ-dan – 41,4 faiz, Kanadadan – 41,1 faiz, İsraildən – 34,6 faiz, Gürcüstandan – 31,7 faiz, Niderlanddan – 30,2 faiz, Böyük Britaniyadan – 26,3 faiz, Küveytdən – 24,0 faiz, Fransadan – 23,2 faiz, Almaniyadan – 20,6 faiz, Türkiyədən – 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 11,6 faiz, Ukraynadan hələnlərin sayı 8,6 faiz artıb.

2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 24,7 faiz artaraq 1384,8 min nəfər olub.

Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 49,5 faiz, Gürcüstana gedənlərin sayı 31,7 faiz, Türkiyəyə gedənlərin sayı 17,5 faiz artıb.

İrana gedənlərin sayı 17,0 faiz azalıb.(Turan)

Bənzər yazılar

Back to top button