Dünya

F-35 ilə bağlı kritik hesabat ortaya çıxdı: Qəbuledilməz dərəcədədir…

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mütəxəssisləri F-35 qırıcı təyyarəsinin yer hədəflərini vurma faizinin “qəbuledilməz dərəcədə aşağı” olduğunu açıqlayıb. Türkiyə isə Rusiyadan S-400 raketləri aldığına görə keçən il F-35 proqramından çıxarılmışdı.

Qaynarinfo Time jurnalına istinadla xəbər verir ki, “Lockheed Martin” 428 milyard dollarlıq bir layihə çərçivəsində istehsal edilmiş ABŞ-ın ən bahalı silah sisteminə dair illik sınaq və qiymətləndirmə hesabatının bu gün yayımlanacağını yazıb.

Jurnalın yazdığına görə, Bloomberg xəbər agentliyinin əldə etdiyi hesabatda təhlükəsizlik və döyüş qabiliyyəti ilə əlaqədar təyyarələrin uçuş imkanlarında heç bir nöqsan olmadığı bildirlsə də, “birinci kateqoriyaya” aid 13 problemə diqqət yetirlib.

873 SOFTWARE PROBLEM

“BBC Türk”ün xəbərlərinə görə, noyabr ayına olan məlumata əsasən, təyyarələrdə 873 proqram zəifliyi aşkar edilib. 2018-ci ilin sentyabr ayında bu sayın 917 olduğu bildirilib.
Əvvəlki ildə aşkar edilmiş kiber təhlükəsizliyin zəif cəhətləri aradan qaldırılsa da, hələ də yeni çatışmazlıqları göstərən hesabatda həll edilməli olan “ciddi” problemlər vurğulanır. Məruzədə etibarlılıq, təyyarələrin təkmilləşdirilməsi və texniki xidmət sistemlərindəki problemlərə də toxunulub.

SİLAH PROBLEMİ

Hər üç F-35 modelində 25 millimetrlik silahlar istifadə olunur. Amerika Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının istifadə etdiyi təyyarələrdə silahlar xaricdən quraşdırılıb və dəqiqlik dərəcələri mütəxəssislərin fikrincə qəbul ediləcək vəziyyətdədir.

Ancaq Hərbi Hava Qüvvələrinin istifadə etdiyi versiyada silah təyyarənin içərisindədir. Pentaqonun testerləri raketlərin quraşdırıldığı qundaqların lazımi tələblərə cavab vermədiyi və uyğunsuzluq səbəbindən silahların atəş dəqiqliyinin qəbuledilməz olduğu qənaətinə gəliblər.

Bundan başqa, mütəxəssislər qundaqların çatlaması səbəbindən Hərbi Hava Qüvvələrinin silah istifadə etmək imkanlarının məhdud olduğunu da bildirib. Məlumata görə, silahların quraşdırılması ilə bağlı bəzi dəyişikliklər edilsə də, bunlar hələ sınaqdan keçirilməyib.

Qeyd edək ki, F-35 proqramına iştirakı dayandırılmış Türkiyə 100 ədəd F-35 almağı planlaşdırırdı. Martdan etibarən Türkiyənin istehsal zəncirindən də çıxarılacağı açıqlanmışdı. Bu tarixdən etibarən Türkiyədə F-35-lərin hissələrini istehsal edən şirkətlər istehsallarını dayandırmalı olacaq.

Türkiyə təyyarələrin kokpit göstəricilərindən enmə detallarına qədər yüzlərlə parçanı istehsal edirdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button