Cəmiyyət

Cümə axşamı Bakıda hava küləkli olacaq, dağlıq rayonlarda yağış yağacaq

Oktyabrın 20-də Bakıda və Abşeronda hava əsasən yağıntısız olacaq, mülayim cənub-qərb küləyi şimal-qərb küləyinə keçəcək.

Havanın temperaturu gecə müsbət 13+15, gündüz müsbət 21+23 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.

Ölkə rayonlarında da hava əsasən yağıntısız keçəcək, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu aran rayonlarında gecə müsbət 9+14, gündüz 21+26, dağlarda gecə +1 +6, gündüz +6 +10 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button