Digər

Ermənistanda Aİ-95 markalı benzin Azərbaycandan ucuz satılır – Son qiymətlər

Ermənistanda benzinin qiyməti sürətlə ucuzlaşır.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, son 10 gün əzrində Ermənistanda Aİ-92 (Regular) və Aİ-95 (Premium) markalı benzinin qiyməti 100 dram (25 sent) aşağı düşüb.

Məlumat üçün bildirək ki, hazırda Ermnistanda Aİ-92 (Regular) markalı benzinin 1 litri 430 drama (1,08 dollar), Aİ-95 (Premium) markalı benzinin 1 litri isə 450 drama (1,14 dollar) bərabərdir.

Məlumat üçün bildirək ki, Azərbaycanda Aİ-92 (Regular) markalı benzinin 1 litri 1 manata (59 sent), Aİ-95 (Premium) markalı benzinin 1 litri isə 2 manata (1,18 dollar) satılır.

Rəqəmlərdən də göründüyü kimi, Aİ-95 (Premium) markalı benzin Azərbaycanla müqayisədə Ermənistanda 3,5% ucuz satılır.

Qeyd edək ki, hər iki ölkə Aİ-95 (Premium) markalı benzini xarici ölkələrdən idxal edir.

Bənzər yazılar

Back to top button