Hadisə

Şahin Bağırov Baş Gömrük İdarəsi rəisini vəzifəsindən azad etdi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.

Bu barədə “Unikal” məlumat yayıb. Bildirilib ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Qeyd olunub ki, hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.

Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bənzər yazılar

Back to top button