İdman

Fərid Qayıbovun müavininin qızı Nazirliyin tədbirində “ilin ən yaxşısı” seçildi – Fotolar

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib.

Yeniavaz.com xəbər verir ki, “Buta palas”da təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.

2022-ci ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən “2022-ci ilin ən yaxşı məşqçisi” nominasiyasının qalibləri Qurban Qurbanov (“Qarabağ” FK), Aleksandr Tarakanov  (yunan-Roma güləşi) və Siyana Vasileva (bədii gimnastika) olub.

S. Vasileva gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır.

Nazir müavininin qızının ən yaxşı məşqçilər siyahısında yer alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bənzər yazılar

Back to top button