Siyasət

Bakı və Vaşinqton arasında aktiv dialoq davam edir

Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, beynəlxalq cinayətkarlıqla birgə mübarizə, terrorçuluğa qarşı sülhməramlı əməliyyatlarda birgə əməkdaşlıq var. Eyni zamanda, ABŞ bəzi istiqamətlərdə Azərbaycanda bir sıra qurumların inkişafına əhəmiyyətli dərəcədə dəstək verir.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib.

Son illər Azərbaycan ABŞ və Avropa ölkələrinin etibarlı enerji tərəfdaşına çevrilib, Vaşinqton isə enerji layihələrinin həyata keçirilməsinə böyük dəstək verir.

Bakı və Vaşinqton arasında aktiv dialoq davam edir. Bu il ərzində ABŞ bölgədə dayanıqlı sülhün təmin edilməsi, vasitəçilik sahəsində bir sıra təkliflər irəli sürüb. ABŞ Dövlət katibinin prezident İlham Əliyev ilə 9 telefon danışığı baş tutub. Amerika rəsmilərinin Bakıya çoxsaylı səfərləri olub, deyə Bayramov qeyd edib.

O xatırladıb ki, ABŞ dövlət katibi Azərbaycan və Ermənistan XİN başçılarının iştirakı ilə bir sıra görüşlər təşkil edib və bir sıra təşəbbüslər irəli sürüb.

Bundan başqa, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Bakı və Yerevanın yüksək vəzifəli nümayəndələrinin görüşlərini təşkil edib.

Bayramov qeyd edib ki, Azərbaycan müxtəlif istiqamətlərdə ABŞ-la əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və gələn il iki ölkə arasında əlaqələr daha da intensiv olacaq.

Bənzər yazılar

Back to top button