GündəmSiyasət

Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu – Aeroportdan qaytarıldı…

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

Hazırda Seymur Talıbova məxus biznes obyetləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənar çıxararaq, biznes qurduğu məlum olub.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetin prorektoru idi. O, həmçinin Ali Məclisin deputatdır.

Bənzər yazılar

Back to top button