İdman

Lautaro Martines “İnter”dəki gələcəyi ilə bağlı qərarını verdi

“İnter”in futbolçusu Lautaro Martines klubdakı gələcəyi ilə bağlı qərar verib.

Qol.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Argentina millisinin üzvü İtaliya təmsilçisinin rəhbərlərinə klubda qalmaq istədiyini bildirib. O, son vaxtlar çox sayda qaçırılan şanslara görə mütəmadi olaraq tənqid edilir. Buna baxmayaraq, 25 yaşlı hücumçunun mübariz əhval-ruhiyyədə olduğu vurğulanır.

Qeyd edək ki, L.Martinesin “İnter”lə müqaviləsi 2026-cı ilin iyununa kimidir.

Bənzər yazılar

Back to top button