Hadisə

Tanınmış futbolçuya qarşı dələduzluq edən şirkət rəhbəri ilə bağlı qərar

Dələduzluqda təqsirləndirilən “Bakı MTK”nın rəhbəri Emil Məhərrəmov, şirkətin vəzifəli şəxsləri – Ruhin Əsgərovla Farid Rəhimovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası rədd edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məhhəromov 14 il, R.Əsgərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan seçilmiş F.Rəhimova şərti cəza verilib. Daha sonra həmin şəxslər apellyasiya şikayəti verməyib və müddətin bərpası üçün aidiyyəti üzrə məhkəməyə müraciət edib.

Qeyd edək ki, həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilirlər.

İş üzrə 52 zərərçəkmişə qarşı 3 milyon manat ziyan dəyib.

Xatırladaq ki, bu iş üzrə başqa iki nəfər – Çingiz Bağırov və Eynur Xudiyev də təqsirli bilinib və onların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb, hökm çıxarılıb.

Zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.

R.Əmirquliyev R.Əsgərov və E.Məhərrəmovun cinayət işində zərərçəkmiş kimi tanınır.

Bənzər yazılar

Back to top button